21.09.2015 12:11

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası, Beynəlxalq Əmək Təşkilatının Təlim Mərkəzi və İtaliyanın Turin Universiteti (www.turin-ip.com) tərəfindən əqli mülkiyyət hüququ üzrə ingilis dilində magistratura proqramı təklif edir.

Proqramın məqsədi tələbələri əqli mülkiyyət hüququnun prinsipləri və bu sahədə baş vermiş inkişaflar ilə daha yaxından tanış etməkdən ibarətdir.
Namizədlər iqtisadiyyat hüquq, mühəndislik, tibb, fizika, kimya, kommunikasiya elmləri və yaxud biznes inzibatçılığı sahəsində bakalavr diplomuna malik olmalı və ingilis dilini sərbəst bilməlidirlər. Keçid iqtisadiyyatlı və inkişaf etməkdə olan ölkələrin seçilmiş tələbələrinə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının katibliyi tərəfindən təqaüdlər təqdim olunacaqdır.
Namizədlər ərizə formasını onlayn (www.wipo.int/academy/en/courses/academic_institutions/md_turin.html) şəkildə dolduraraq, tələb olunan digər sənədlər ilə (bakalavr diplomu və onun əlavəsinin ingilis dilinə tərcümə edilmiş və notarial qaydada təsdiqlənmiş surəti, ingilis dilini bilmə haqqında sertifikat, tövsiyə məktubu, motivasiya məktubu, təqaüd üçün ərizə forması) birlikdə 2013-cü ilin 15 mart tarixinədək llmturin.academy@wipo.int ünvanına təqdim edə bilərlər. Əlavə məlumat üçün llmturin.academy@wipo.int ünvanına müraciət etmək olar.