21.09.2015 12:11

Nyu-York Dövlət Universitetinin (the State University of New York, “SUNY”) Koreyadakı filialı “Texnoloji Sistemlərin İdarəedilməsi” (Technological Systems Management) fənni üzrə bakalavr dərəcəsi almaq üçün təqaüd proqramı elan edir.

Təqaüd proqramında iştirak etmək üçün Azərbaycandan 2 tələbə dəvət olunur.
Təhsil haqqı və Koreyada yaşayış xərcləri dəvət edən tərəfindən ödənilir.
Proqramda iştirak şərtlərinə cavab verən namizədlər 15 mart 2013-cü il tarixindən gec olmayaraq elektron müraciət (http://www.sunykorea.ac.kr/request_name/adughowto) edə bilərlər.