21.09.2015 12:11

Ümumidünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Akademiyası, Hüquq və Texnologiya üçün Hayfa Mərkəzi və İsrailin Hayfa Universiteti tərəfindən 4 aprel 2013 – 24 yanvar 2014-cü il tarixlərində Hayfa şəhərində aşağıdakı sahələr üzrə ingilis dilində magistratura proqramı təklif olunur:

  • Hüquqa giriş kursları;
  • Əqli mülkiyyət hüququna giriş kursları;
  • Patent hüququ sahəsində kurslar.
 
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır:
  • Namizədlər hüquq, təbiət elmləri, komputer elmi və mühəndisliyin bütün sahələri üzrə 4 illik bakalavr diplomuna malik olmalı;
  • İngilis dilini sərbəst bilməlidir.
     
Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://overseas.haifa.ac.il/index.php/graduate-programs/graduate-students internet səhifə-sindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev,  tel: 496-34-14) əldə etmək olar.
Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 19 fevral 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.