21.09.2015 12:11

Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin Təhsil Müşavirliyindən daxil olmuş məlumata əsasən, 2013-cü il 06-10 may tarixlərində İstanbul şəhərində Xüsusi MEF Məktəblərinin Baş Müdirliyi tərəfindən fizika, kimya və biologiya fənləri üzrə “Araşdırma Layihələri Yarışması” keçirilir.

Həmin yarışmada iştirak etmək məqsədi ilə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri dəvət edilir.
Ətraflı məlumat yarışmanın saytında (www.mef.k12.tr) yerləşdirilmişdir. Yarışmaya dair suallarla (0212) 287-69-00 telefon nömrəsinə və ya proje@mef.k12.trelektron poçtuna müraciət etmək olar.