21.09.2015 12:11

İslam Əməkdaşlıq Təşkilatının “Təhsil Mübadiləsi proqramı” çərçivəsində Orta Şərq Texnologiya Universitetinin Şimali Kipr Kampusu 2013-2014-cü illər üçün təşkilata üzv ölkələrdə dövlət və özəl təhsil müəssisələrində professor vəzifəsində çalışan elmi işçiləri aşağıdakı sahələrdə ziyarətçi müəllim kimi dərs deməyə dəvət edir

  • Maliyyə və mühasibat
  • Kompüter elmləri
  • Kompüter təhsili və təlim texnologiyaları
  • Təbii qaz və neft qazıntısı və istehsalı
  • Üzvi kimya
  • Termodinamika və istiliyin ötürülməsi
     
Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://metu.edu.tr http://ncc.metu.edu.tr internet səhifələrindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar.
Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 30 aprel 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.