21.09.2015 12:11

Bruney Hökuməti Bruney Darüssalam Universitetində, Sultan Şərif Əli İslam Universitetində və Bruney Texnologiya İnstitutunda 2013 -2014-cü təhsil ili üçün bütün ali təhsil pillələri üzrə təqaüd proqramlarını təklif edir.

Doldurulmuş ərizə formaları, müvafiq təhsil sənədlərinin təsdiq edilmiş surətləri ilə birlikdə, 14 fevral 2013-cü ildən gec olmayaraq Bruney Darüssalamın Xarici İşlər və Ticarət Nazirliyinin Texniki Yardım Şöbəsinə çatmalıdır.  
Təklif olunan proqramların siyahısı bu ünvandan əldə oluna bilər: http://www.mofat.gov.bn/images/stories/Schlorship/2013_2014/program.pdf
Təqaüd proqramları ilə bağlı məlumat və ərizə formaları bu ünvandan əldə oluna bilər: http://www.mofat.gov.bn/index.php/bd-scholarship-2013-2014
Təqaüdlərlə bağlı əlavə məlumat üçün Bruney Darüssalamın Xarici İşlər və Ticarət Nazirliyinin Texniki Yardım Şöbəsinin tad.scholarship@mfa.gov.bn elektron poçt ünvanına, yaxud Təhsil Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi İlham Hümbətova 012 496 3414 telefon nömrəsi ilə müraciət edə bilərsiniz.