21.09.2015 12:11

Maraqların ifadəsi üçün dəvət

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ
 
KREDIT No: 4595 AZ
 
Azərbaycan Respublikasının Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) icra olunması ilə əlaqədar Beynəlxalq İnkişaf Assossiyasından kredit almışdır və bu vəsaitin bir hissəsinin “Statistik təhlil” mövzusunda təlim kursunun keçirilməsinə sərf edilməsi nəzərdə tutulmuşdur.
 
“Statistik təhlil” mövzusunda təlim kursunun məqsədi təlim iştirakçılarını statistika sahəsində geniş şəkildə istifadə olunan metod və üsullar barədə və onların ən faydalı şəkildə tətbiq olunduğu halların müəyyən olunması barədə məlumatlandırmaqdır.
 
Xidmətlərin icra müddəti: Fevral – sentyabr, 2013-cü il.
 
Təlimin keçirildiyi yer: Bakı və Naxçıvan şəhərləri.
 
Xidmətlərə maraq göstərən məsləhətçi şirkətlər Maraq ifadəsini təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:
 
  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
  • nizamnamə.
  
Məsləhətçi şirkətlərin ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:
  • Məsləhətçi şirkət Statistik təhlil mövzusunda təlimlərin keçirilməsi üzrə geniş təcrübə və biliyə malik olan nüfuzlu təşkilat olmalıdır;
  • Təlimçilər tələb olunan ixtisas tələblərinə cavab verməli və Statistik təhlil sahəsində və müvafiq mövzuda təlimlərin keçirilməsi üzrə ən azı 5 illik təcrübəyə malik olmalıdırlar;
  • Azərbaycanda təcrübəsi olan şirkətlərə üstünlük veriləcəkdir.
 
Məsləhətçi şirkətlər ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər şirkətlərlə birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.
 
Məsləhətçi şirkətlərin seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi şirkətlərdən xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.
 
Maraqların ifadəsi yazılı şəkildə 2013-cü il fevralın 8-dək aşağıdakı ünvana təqdim edilməlidir: 
 
Layihənin Əlaqələndirmə Qrupu,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar