21.09.2015 12:11

“Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi layihəsi” adlı qisametrajlı filmin hazırlanmasına dair maraqların ifadəsi üçün dəvət

DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ
LAYİHƏSİ (Kredit Nö 4595AZ)
 
Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi (DİKPGL)  həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin bu elanda göstərilmiş xidmətlərin maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulmuşdur.
Tapşırığın məqsədi: DİKPGL ilə bağlı Azərbaycan və ingilis dilində qısa metrajlı filmin hazırlanmasıdır.
Tapşırığın müddəti: 4 ay.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan qısametrajlı filmin hazırlanması üçün maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər müvafiq təcrübəyə malik olduqlarını təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:
  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
  • nizamnamə.
 
Seçim meyarları:
  • Televiziya, maarifləndirmə və reklam xarakterli filmlərin çəkilişi sahəsində təcrübə;
  • İngilis dilində video məhsulun hazırlanması üzrə təcrübə;
  • Çəkiliş və montaj üçün maddi texniki baza.
 
Xidmətlərə maraq göstərən şirkətlərin diqqəti Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”nın (May 2004, düzəliş edilib: Oktyabr 2006) Maraqların Ziddiyyəti üzrə Dünya Bankının siyasətini ifadə edən 1.9 paraqrafına yönəldilir.  
 
Şirkətlər öz ixtisas göstəricilərini təkmilləşdirmək məqsədilə digər şirkətlərlə birgə müəssisə və ya sub-məsləhətçi formasında birləşə bilərlər. 
 
Şirkətlər Dünya Bankının Məsləhətçilər üçün Təlimatın Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür. “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi” adlı qısametrajlı filmin (Azərbaycan və ingilis dillərində) hazırlanması haqqında ətraflı məlumatın əks olunduğu Texniki Tapşırıq Sənədi www.training.gov.az internet səhifəsindən yüklənə bilər.
 
Maraqların ifadəsi sənədi yazılı şəkildə 28 yanvar 2013-cü il tarixinə qədər aşağıdakı ünvana (şəxsən və/ya poçt və/ya faks və/ya e-mail vasitəsilə) təqdim edilməlidir:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.