21.09.2015 12:11

İran İslam Respublikasının Elmi Tələbə Mərkəzi tərəfindən tələbələr arasında riyaziyyat və kimya olimpiadasının keçirilməsi ilə bağlı elan

İran İslam Respublikasının Elmi Tələbə Mərkəzi tərəfindən 2013-cü il 12-15 avqust tarixlərində tələbələr arasında riyaziyyat və kimya olimpiadası keçiriləcəkdir.
Olimpiadada riyaziyyat və kimya fənləri üzrə maksimum 5 tələbə iki müəllimlə birlikdə komanda formasında iştirak edə bilərlər. İranda qalma və yemək xərcləri təşkilatçı tərəfindən, yol xərcləri isə iştirakçılar tərəfindən ödənilir.
Ətraflı məlumat olimpiadanın saytında http:olympiad.sanjesh.org/en/index.asp yerləşdirilmişdir. Olimpiadaya dair suallarla olympiad@sanjesh.orgelektron poçtuna müraciət etmək olar.