21.09.2015 12:11

2013-cü il 11 – 20 fevral tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə III Respublika Muğam Müsabiqəsi elanı

2013-cü il 11 – 20 fevral tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə III RESPUBLİKA MUĞAM MÜSABİQƏSİ keçiriləcək.
Müsabiqə xanəndə və xalq çalğı alətləri ifaçıları üçün nəzərdə tutulmuşdur.
Müsabiqədə iştirak etmək üçün ərizə və sənədlər 1 fevral 2013-cü il tarixinədək Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecində qəbul ediləcəkdir.
Seçim turunda 18-35 yaşlı şəxslər iştirak edə bilərlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir.
1. İştirakçının şəxsiyyət vəsiqəsinin surəti
2. Tərcümeyi-hal
3. Başqa müsabiqələrin diplomlarının və ya digər mükafatların surəti (əgər varsa)
4. 2 ədəd fotoşəkil (7x10 ölçüdə)
5. Xanəndələr 10-15 dəqiqə vaxt çərçivəsində hər hansı bir muğamı dəf müşayiəti ilə DVD - video formatında təqdim etməlidirlər.
6. Xalq çalğı alətləri ifaçıları hər hansı muğamı 10-15 dəqiqə vaxt çərçivəsində DVD - video formatında təqdim etməlidirlər.               
Müsabiqənin qalibləri pul mükafatı və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Qaliblər beynəlxalq müsabiqələrdə iştirak etmək hüququ qazanacaqlar.
 
Ünvan: Dilarə Əliyeva küçəsi 216; əlaqə telefonu: 493-62-60
 
Təşkilat Komitəsi: