21.09.2015 12:11

İsveçrənin Lund Universitetinin hüquq fakültəsi tərəfindən 2013-2014-cü tədris ili üçün əqli mülkiyyət hüququ sahəsində aşağıdakı ixtisaslar üzrə 2 illik magistratura proqramı təklif olunur:

  • Beynəlxalq hüquq
  • İnsan hüquqları hüququ
  • Mütərəqqi insan hüquqları
  • Milli və beynəlxalq hüquqda insan hüquqlarının prosedura hüququ
  • Hüquqi yazı və tədqiqat
  • Avropa əqli mülkiyyət hüququna giriş
  • Əqli mülkiyyət hüququ üzrə insan hüquqları perspektivləri
  •  
Tələb olunan sənədlər aşağıdakılardır:
  • Elektron formada doldurulmuş ərizə formasının çap olunmuş versiyası;
  • İngilis dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş diplomun və diploma əlavənin surətləri;
  • Sertifikatlar;
  • Ingilis dilini bilmə haqqında şəhadətnamə;
  • Xarici pasportun surəti (notarial qaydada təsdiq olunmuş);
  • Niyyət məktubu (motivation letter);
  • Tərcümeyi hal (CV);
  • 2 tövsiyə məktubu.
  •  
Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://www.lunduniversity.lu.se/o.o.i.s/24968 internet səhifəsindən və ya Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar.
Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 10 yanvar 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.