21.09.2015 12:11

Azərbaycan Müəllimlər İnstitutu və onun filialları, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti və fəaliyyətinə icazə verilmiş digər əlavə təhsil müəssisələrinin rəhbərlərinə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq rəhbər və pedaqoji kadrların ixtisasartırma təhsili modul-kredit əsaslı yeni model üzrə həyata keçirilməlidir. İxtisasartırma təhsilində yeni modelə keçidi təmin etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən “İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsi və ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsinə dair təlimatın təsdiq edilməsi barədə” 18 aprel 2012-ci il tarixli, 597 nömrəli əmr verilmişdir. Həmin əmrlə ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqinə icazə verilməsi ilə bağlı işlərin yerinə yetirilməsi üçün müvafiq komissiya yaradılmışdır.
İxtisasartırma təhsili proqramlarının qiymətləndirilməsinə dair təlimata əlavədə (Əlavə 1) proqramların qiymətləndirməyə təqdim edilməsi üçün formalar və onların doldurulmasına dair göstərişlər qeyd olunmuşdur. Əlavə təhsil müəssisələri məktəbəqədər, ümumi, ilk peşə ixtisas və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrları üçün hazırladıqları ixtisasartırma təhsili proqramlarını qiymətləndirmədən keçirmək üçün cari ilin dekabr ayının   29-dək Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim edə bilərlər.
      
Ünvan: Bakı şəhəri, Xətai prospekti 49
Əlaqə telefonları: 496-16-55; 489-99-83; 496-34-93