21.09.2015 12:11

Maraqların ifadəsi üçün dəvət (məsləhətçi xidmətləri – məsləhətçi təşkilat seçimi)

İdarəetmədə qərarların verilməsi üçün təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq tədqiqatları nəticələrindən istifadə üzrə təlim
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə
Kredit Nö.: 4394AZ
 
Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
Təlim kursu təhsil sisteminin keyfiyyətini yüksəltmək və şagirdin təliminin səviyyəsini artırmaq məqsədilə müxtəlif qiymətləndirmə növlərindən (beynəlxalq və geniş miqyaslı qiymətləndirmə, imtahan və sinifdaxili qiymətləndirmə) əldə edilmiş məlumatın daha səmərəli istifadə edilmə üsulları haqqında məlumat verəcəkdir. Təlim kursunun əsas məqsədi təhsil peşəkarlarının qiymətləndirmə nəticələrindən səmərəli üsullarla istifadə etmək bacarıqlarının gücləndirilməsinə kömək etməkdir ki, bu da nəticə etibarı ilə təhsilin keyfiyyətinin yüksəlməsinə töhfə verəcəkdir.
Xidmətlərin icra müddəti: dekabr 2012-ci il - sentyabr 2013-cü il
Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadəsini təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:
  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
  • nizamnamə.
 
Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:
  • Müvafiq sahədə təlim və seminarların keçirilməsi üzrə geniş təcrübə;
  • Qiymətləndirmə və monitorinq tədqiqatları sahəsində layihələrin həyata keçirilməsində təcrübə;
  • Azərbaycan dilində, xüsusilə Azərbaycanın regionlarında təlimlərin keçirilməsi üzrə təcrübə;
  • Əsas heyətin qiymətləndirmə və monitorinq sahəsində geniş təcrübəsi.
 
Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.
Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri əsasında Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.
Maraqların İfadəsi yazılı şəkildə 2012-ci il, noyabrın 23-nədək aşağıdakı ünvana təqdim edilməlidir:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.