21.09.2015 12:11

Beş Azərbaycanlı tələbə üçün Almaniya Bundestaqında Beynəlxalq Təqaüd Proqramı elan edilmişdir.

Dünyanın 28 ölkəsini təmsil edən gənclərə Almaniyanın parlament sistemini nəzəri və praktiki cəhətdən öyrənmək imkanını verən bu proqramın növbəti tədbirinin keçirilməsi 2013-cü il 1 mart -31 iyul tarixlərində və alman dilini mükəmməl bilən, ali təhsilə malik olan beş nəfər gəncə Azərbaycan vətəndaşının iştirakı ilə nəzərdə tutulub.
Yarım il ərzində Bundestaqda təcrübə keçəcək və Berlin universitetlərinin birində təhsil alacaq namizədlərin yaş həddi təqaüd başlayan zaman 30 yaşa qədər olmalıdır.
Proqramda iştirak üçün sənədlər 30 iyun 2012-ci il tarixinədək Almaniya Səfirliyinə təqdim edilməlidir.
 Müraciət üçün sənədlər və təqaüdlə bağlı ətraflı məlumat Almaniya səfirliyindən və www.bundestag.de/ips internet səhifəsindən əldə edilə bilər.