21.09.2015 12:11

23-24 fevral 2012-ci il tarixlərində Bakı şəhərində “Sabahın alimləri” Respublika müsabiqəsi keçiriləcək.

Qeyd edək ki, müsabiqə ABŞ-da keçirilən şagirdlərin Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İntel İsef) çərçivəsində təşkil olunur.
Müsabiqədə Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edə bilərlər. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Mədəd” Təşkilatı tərəfindən təşkil olunan müsabiqəyə Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti elmi dəstək verir.
Layihələrin qeydiyyatı yanvarın 11-dən fevralın 10-dək www.sabahinalimleri.edu.az saytında online rejimdə aparılır.