21.09.2015 12:11

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili müəssisələrində ixtisas fənləri üzrə müəllim və istehsalat təlimi ustası vakant yerlərinin tutulması üzrə müsabiqə elan edir

İlk peşə-ixtisas təhsili müəssisəsində ixtisas fənləri üzrə müəllim və istehsalat təlim ustası vakant yeri tutmaq üçün qaydalar: 
1. İlk peşə-ixtisas təhsili müəssisələrinə peşə-ixtisas fənləri üzrə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir;
2. Müsabiqə Təhsil Nazirliyi tərəfindən yaradılmış komissiya tərəfindən həyata keçirilir;
3. Müsabiqədə vakant yerin profilinə uyğun bütün ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, müvafiq dövlət təhsil sənədi (diplom) almış mütəxəssislər iştirak edə bilərlər;
4. Elanda göstərilən vakant yerlərə sənəd qəbulu 03-14 oktyabr 2011-ci il tarixlərdə H. Əliyev prospekri, 81 ünvanda yerləşən 3№-li Bakı Peşə Liseyində həyata keçirilir;
5. Hər hansı səbəbdən müəyyən edilən vaxtda müsabiqədə iştirak       etməyənlər üçün təkrar müsabiqə təşkil edilmir və həmin şəxslər növbəti ildə ümumi qaydada müsabiqədə iştirak edə bilərlər;
6. Müsabiqə zamanı ixtisası üzrə azı üç il əmək stajı olanlara, təhsil müəssisələrində iş təcrübəsi olanlara, peşəsi üzrə yüksək dərəcəli mütəxəssislərə üstünlük verilir;
7. Müsabiqə iştirakçıları ilkin pedaqoji məlumatlara malik olmalı, şagirdlərlə işləmək bacarıqlarını, ilk-peşə ixtisas təhsili müəssisələrinin iş prinsiplərini bildiklərini, tədris-təlim prosesinin işi barədə biliklərə malik olduqlarını nümayiş etdirməlidirlər;
8. Müsabiqə komissiyasının qərarı ilə müəyyən edilən ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru müsabiqədən keçən şəxs ilə əmək müqaviləsi bağlayır. İştirakçının sənədləri onun iş yerinə göndərilir;
9. Müsahibənin nəticələri barədə şikayətlərə müsahibə  komissiyasının işı yekunlaşdıqdan sonra bir həftə ərzində baxılır.
Müsahibədə iştirak etmək üçün aşağıda göstərilən sənədlər təqdim olunur:
  • Azərbaycan Respublikası Təhsil Nazirinin adına ərizə;
  • Təhsil sənədi (əsli, surəti əlavə olunur);
  • Əmək kitabçasının surəti;
  • Şəxsiyyət vəsiqəsi (surəti əlavə olunur);
  • Sağlamlıq haqqında arayış (istehsalat təlimi ustaları üçün peşənin tələblərinə uyğun);
  • Kadrların şəxsi uçot vərəqi.