21.09.2015 12:11

Ümumi təhsildə kurikulum islahatı və onun idarə olunması” mövzusunda Gəncə-Qazax, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarının təhsil rəhbərləri üçün təlimin keçirilməsinə dair marağın ifadəsi üçün dəvət

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ
KREDİT № 4394AZ
 
“ÜMUMİ TƏHSİLDƏ KURİKULUM İSLAHATI VƏ ONUN İDARƏ OLUNMASI” MÖVZUSUNDA GƏNCƏ-QAZAX, ŞƏKİ-ZAQATALA VƏ QUBA-XAÇMAZ İQTİSADİ RAYONLARININ TƏHSİL RƏHBƏRLƏRİ ÜÇÜN TƏLİMİN KEÇİRİLMƏSİNƏ DAİR
MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT
 
 
Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
 
Xidmətlərin məqsədi: Ümumi təhsildə kurikulum islahatına dəstək olaraq təhsil rəhbərləri üçün təlimin keçirilməsi.
 
İcraçı təşkilat üçün ixtisas tələbləri:
 
 
  • Nizamnaməsinə uyğun olaraq, təşkilatın  fəaliyyətinin əsas sahələri və istiqamətləri arasında təhsil və təlimlərin olması;
  • Təlim kurslarını keçirmək üçün lazım olan ən zəruri işçi heyətinə və  maddi imkanlara malik olması;
  • Müəllimlər üçün təlim kurslarının və ya məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində ən azı üç illik uğurlu iş təcrübəsi;
  • Məktəb kurikulumları üzrə təlim kurslarının keçirilməsində təcrübəsi olan təşkilatlar üstünlüyə malik olacaqdır.
 
İcra müddəti: iyun-avqust 2012-ci il
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi müvafiq təşkilatları qeyd olunan təlimin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2011-ci il oktyabrın 17-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:
 
  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
  • nizamnamə.
 
Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu əsasında seçiləcəkdir.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.