21.09.2015 12:11

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan bakalavr və ya daha yüksək dərəcəli dövlət işçiləri üçün aşağıdakı istiqamətlər üzrə magistr proqramları təklif edir:

1. İnkişaf Siyasəti üzrə Magistr Proqramı (Dövlət Siyasəti və İdarəçiliyi üzrə Koreya İnkişaf İnstitutu -13 ay)
2. Beynəlxalq Ticarət və Beynəlxalq Biznes üzrə Magistr Proqramı (Ajou Universiteti nəzdində Beynəlxalq Araşdırmalar üzrə Ali Məktəb – 16 ay)
Proqramda iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır:
  • namizəd ən azı bakalavr dərəcəsinə malik dövlət rəsmisi və ya dövlət sektorunda çalışan olmalı və həmçinin müvafiq nazirlik tərəfindən tövsiyə olunmuş QHT nümayəndələri olmalı;
  • ingilis dilini yüksək səviyyədə bilməli;
  • tibbi cəhətdən sağlam olmalı;
  • namizəd əvvəllər KOICA tərəfindən həyata keçirilmiş təqaüd proqramlarında iştirak etməməlidir.
Məlumatları və ərizə formalarını əldə etmək üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz (Aqil Valiyev, tel: 496-34-14 )
İnkişaf Siyasəti üzrə Magistr Proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 14 oktyabr 2011-ci il tarixinə qədər, Beynəlxalq Ticarət və Beynəlxalq Biznes üzrə Magistr Proqramında iştirak etmək arzusunda olan namizədlər isə 31 oktyabr 2011-ci il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.
QEYD: müraciət edən namizədlər, həmçinin çalışdığı qurumun müvafiq tövsiyə məktubunu da əlavə olaraq Təhsil Nazirliyinə təqdim etməlidirlər.