21.09.2015 12:11

Avropa Şurası mühəndislər, geoloqlar, bioloqlar və digər ixtisaslar üzrə magistratura səviyyəsində təhsil alan tələbələr üçün kurslar təklif edir

Avropa Şurası 10-14 oktyabr 2011-ci il tarixlərində mühəndislər, geoloqlar, bioloqlar və digər ixtisaslar üzrə magistratura səviyyəsində təhsil alan tələbələr üçün Avropa və Aralıq dənizində əsas təhlükələr üzrə Saziş çərçivəsində Strasburq Universiteti ilə əməkdaşlıq şəraitində Strasburqda aşağıdakı sahələrdə 1 (bir) həftəlik kurslar təklif edir:
 
  • Avropa və Aralıq dənizində əsas təhlükələr üzrə Saziş;
  • İqlim dəyişikliyi: əsas bilgilər və risklərin idarə olunması;
  • İqlim riskinin enerji tərəfləri və sağlamlığa təsiri: Sahara səhrasının nümunəsi;
  • Qitələrdə su dövriyyəsi, rütubətli ərazilərin ekologiyası;
  • Mərcan rifləri və iqlim tendensiyaları;
  • Su ehtiyatları: içməli su, su təmizləmə şəbəkələri;
  • Meydana çıxan virus xəstəlikləri və iqlim dəyişikliyi;
  • Bakterioloji xəstəliklər;
  • Fövqəladə hallarda tibb (yuxarı tənəffüs yolları ilə yayılan xəstəliklər);
  • Beynəlxalq kontekstdə iqlim dəyişikliyinin sosial-iqtisadi aspektləri.
 
Daha ətraflı məlumatları və ərizə formalarını www.coe.int/europarisks internet səhifəsindən əldə etmək olar.
Sənədlər 15 sentyabr 2011-ci il tarixinədək Avropa Şurasının Katibliyinə təqdim oluna bilər.