21.09.2015 12:11

2011-2012-ci illər üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbuluna başlanılıb.

Bununla bağlı sənədlərin qəbulu sentyabrın 1-dək davam edəcək.
İlk peşə-ixtisas təhsili müəssisəsinə qəbul olunmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
  • Seçilən peşənin adı göstərilməklə direktorun adına ərizə
  • Təhsil haqqında sənədin əsli
  • İlk peşə-ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün seçilmiş ixtisasa uyğun sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış
  • Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə
  • Yaşayış yerindən arayış
  • 3 x 4 sm. ölçüdə 4 ədəd fotoşəkil