21.09.2015 12:11

Təhsil sektorunda əməkhaqqı siyasətinin təhlili üzrə milli məsləhətçi

Tapşırığın adı: Təhsil  sektorunda əməkhaqqı siyasətinin təhlili üzrə milli məsləhətçi
İcra olunduğu yer: Təhsil Nazirliyi
İcra müddəti: 3 iş ayı
Tapşırıq və vəzifələr:

Milli məsləhətçi, əməkhaqqı siyasəti üzrə beynəlxalq məsləhətçinin rəhbərliyi altında aşağıdakıları həyata keçirəcəkdir:

  • Təhsil sektoru üzrə əməkhaqqı siyasətinə dair müvafiq qanun və qanunvericilik sənədlərini toplamaq və tərcüməsini təmin etmək və siyasi iqtisadi amillərə dair Azərbaycan Respublikası haqqında məlumat  vermək;
  • Təhsil sahəsində çalışanların əməkhaqqı fondu, təhsil sahəsinə ayrılan dövri xərclər, işçi heyətinin sayı və əməkhaqqı cədvəli haqqında məlumatların toplanılması;
  • Müəllimlərin əmək haqqlarına dair nizamnamə və məlumat göstəricilərinin toplanılması (əməkhaqqı bazası, qanunvericiliklə nəzərdə tutulan əməkhaqqı artımı, pul və qeyri-pul yardımı, mükafat, səlahiyyət, ixtisaslaşma, təcrübə, bacarıq və digər amillərə əsasən əməkhaqqı), bütöv ölkə, region, institut üzrə ödəniş fərqli olduğu təqdirdə, ödəniş strukturu haqqında məlumat və məlumat göstəricilərinin toplanılması;
  • Əməkhaqqı fondu siyasətinə dair ümumi məlumat, o cümlədən ödənişin uyğunluğu və əməkhaqqının təyin edilməsi qaydalarının yoxlanılması məqsədilə, yerli təhsil işçiləri ilə müsahibələrin təşkili və müsahibələrdə iştirak;
  • Təhsil sahəsində çalışan işçi heyəti (o cümlədən, akademik və qeyri akademik işçilər daxil olmaqla) regionlar və institutlar üzrə məlumatların toplanılması;
  • Yuxarıda göstərilməyən və beynəlxalq məsləhətçi tərəfindən tələb olunduğu təqdirdə informasiya  və məlumat  göstəricilərinin toplanılması. 
İxtisas tələbləri:
  • İctimai idarəetmə, təhsil, iqtisadiyyat və ya digər münasib sahələrdə müvafiq ixtisaslaşması;
  • Dövlət xərclərinin, xüsusən də, təhsilin maliyyələşdirilməsi və dövlət əməkhaqqı fondunun nəzərdən keçirilməsi və təhlilində təcrübəsi;
  • Azərbaycanda Ali Təhsilin maliyyələşdirilməsi sahəsində biliyi;
  • İngilis dilində əla danışıq və yazı bacarıqları.
Tələb olunan sənədlər:
Tərcümeyi-hal (CV) 
 
Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz. 
Son təqdim edilmə tarixi: 16 iyun 2011-ci il
Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi,

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu,

Bakı şəhəri, Xətai prospekti, 49.

Əlaqə telefonları: 496-37-59, 496-37-60
Email: smasimova@ultel.net