21.09.2015 12:11

Yaponiya hökuməti 2012-ci il üçün tibb, stomotologiya, baytarlıq və əczaçılıq sahələrində tədqiqatlarla məşğul olan şəxslər üçün təqaüd proqramlarını təklif edir.

Təqaüd Proqramına aşağıdakı şəxslər müraciət edə bilər:
  • Tibb, stomotologiya, baytarlıq və əczaçılıq sahələrində 6 illik ali təhsilə malik olmalı;
  • 2 aprel 1977-ci il tarixindən sonra anadan olmuş və yaşı 22-dən çox olan şəxslər;
  • Yapon dilini öyrənmək arzusunda olanlar.
  •  
 
Aşağıdakı şəxslər Təqaüd Proqramına müraciət edə bilməzlər:
  • Doktoranturanı bitirmiş şəxslər;
  • Yaponiyanın vətəndaşı olan şəxslər;
  • Daha əvvəl Yaponiya hökumətinin təqaüdündən istifadə etmiş şəxslər.
  •  
 
Təqaüd Proqramının müddəti: 
  • 2012-ci ilin aprel ayından – 2014-cü ilin mart ayınadək (24 ay)
  • 2012-ci ilin oktyabr ayından – 2014-cü ilin mart ayınadək (18 ay)
  •  
 
Təhsil müddətinə 6 aylıq yapon dili kursu da daxildir.
 
Daha ətraflı məlumatları və ərizə formalarını www.jpf.go.jp/e/program/intel.html  internet səhifəsindən əldə etmək mümkündür.
Sənədləri 10 iyun 2011-ci il tarixindən gec olmayaraq Yaponiyanın Bakıdakı səfirliyinə təqdim etmək olar.