21.09.2015 12:11

Ali təhsil müəssisələrinin rəhbərlərinə

2011-ci ilin 15-18 iyul tarixlərində Polşada VIII illik Varşava Şərqi Avropa elmi-praktik  konfransı keçiriləcəkdir. Varşava Universitetinin Şərqi Avropa Mərkəzi tərəfindən təşkil edilən bu konfrans postsovet ölkələrinin müstəqilliyinin 20 illiyinə həsr olunur. Konfrans zamanı son 20 ildə postsovet ölkələrində yeni dəyərlərə keçid və demokratik quruculuğun nəticələri ilə bağlı müzakirələrin  aparılması nəzərdə tutulur.
Konfransın işçi dili – ingilis dilidir.
Konfransın işində alimlər, doktorantlar, ekspertlər iştirak edə bilərlər.
Konfrans haqqında ətraflı məlumatı www.studium.uw.edu.pl/weec ünvanından (e-mail: conf.studium@ uw.edu.pl) almaq olar.