21.09.2015 12:11

ELAN

Türkiyə Respublikasının Təhsil Nazirliyi Türk İşbirliyi və Kalkınma idarəsinin (TİKA) rəhbərliyi ilə birgə “Sənayedə avtomatlaşdırma texnologiyaları sahəsində müəllim təlimi” mövzusunda layihə həyata keçirməkdədir. Bu layihə çərçivəsində 10 noyabr-5 dekabr 2008-ci il və 24 may-18 iyun 2010-cu il tarixlərində İzmir Mazhar Zorlu Texniki və Sənaye Peşə Liseyində müəllim təlimi mərkəzində təlimlər keçirilib.
Üçüncü qrup 10 müəllimin təlimi isə 02-27 may 2011-ci il tarixləri arasında planlaşdırılır. Bu müəllimlərin seçimi aşağıdakı tələblərə uyğun aparılır:
1. İKT sahəsində işləmək, bu sahə üzrə ixtisaslaşmış texniki peşə məktəbində ən az 5 illik iş təcrübəsinə malik olmaq;
2. Mexanika, elektronika, İKT sahələrindən biri üzrə ali məktəb məzunu olmaq;
3. 40-dan aşağı yaşda olmaq;
4. Oxumaq, yazmaq və anlamaq səviyyəsində Türk dilini bilmək;
5. Fiziki cəhətdən sağlam olmaq;
6. Türkiyədə birinci və ikinci qrup təlimlərdə iştirak etməmək.
Bununla bağlı, ilk peşə ixtisas təhsili müəssisələrinin mühəndis-pedogoji heyətinin müvafiq sənədlərlə 1 aprel 2011-ci il saat 18:00 tarixinə qədər Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Texniki peşə təhsili şöbəsinin aparıcı məsləhətçisi N.Mahmudov.
 
Telefon: (+ 99412) 496-06-47
Daxili: 161