21.09.2015 12:11

İNFORMASİYA SİSTEMLƏRİNİN SATINALINMASI ÜZRƏ MÜTƏXƏSSİS SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ

Tapşırığın adı:   İnformasiya Sistemlərinin satınalınması üzrə mütəxəssis
İcra olunduğu yer:   Təhsil Nazirliyi
İcra müddəti:   2011-2013
Tapşırıq və vəzifələr:
  • İnformasiya Sistemləri ilə əlaqədar hər bir satınalma fəaliyyətinin icra qrafikinin işlənilib hazırlanması, nəzərdə tutulan əməliyyatların icra edilməsi və bütün lazımi təşkilati tədbirlərin  həyata keçirilməsi;

  • İnformasiya Sistemlərinin satınalınması məqsədilə texniki spesifikasiyalarının hazırlanması;

  • Benefisiarlarla sıx əməkdaşlıq edərək tender sənədlərinin hazırlanması, TSİİL çərçivəsi daxilində informasiya sistemlərinin satınalınması məqsədilə tenderlərin həyata keçirilməsi;

  • İnformasiya Sistemlərinin satınalınmasına dair elanın hazırlanması və dərc edilməsinin təmin edilməsi;

  • Tender/rəqabətə əsaslanan tender proseslərinə dair yazışmalarda (məktublar, müqavilələr, şərhlər və s. ilə əlaqədar)  lazımi sənədlərin işlənilib hazırlanması;

  • Zəruri hallarda tenderqabağı konfransların planlaşdırılması və həyata keçirilməsi;

  • Tenderin açılması ilə əlaqədar protokolların hazırlanması,  tender təklifləri/maraqlarının qiymətləndirilməsi və standart hesabatlar və müqavilələrin hazırlanması;

  • Benefisiarlarla sıx əlaqələndirmə aparmaqla, İnformasiya Sistemlərinin idarəolunmasının həyata keçirilməsi, müqavilənin cari vəziyyətinin nəzərdən keçirilməsi və nəticələrlə bağlı LƏQ Direktoruna hesabat verilməsi;

  • Kompüter  avadanlıqlarının quraşdırılması, təminatı və yekun qəbul proseduralarında iştirak etmək;

  • İnformasiya Sistemlərinə dair müqavilələrin icra prosesində LƏQ-ə daxil olan sənədlərin təhlili və lazımi təşkilati tədbirlərin müəyyənləşdirilməsi;

  • İnformasiya Sistemlərinin satınalınması prosesi ilə əlaqədar müqavilələrin müvafiq arxivləşdirmə və fayl sisteminin hazırlanması;

  • Tapşırılan digər vəzifələrin yerinə yetirilməsi.

İxtisas tələbləri:
  • Kompüter, İnformasiya Sistemləri, mühəndislik və digər müvafiq  sahələr üzrə ali təhsil;

  • İnformasiya prosesləri texnikasının idarəedilməsinin tətbiqi üzrə, əsasən İnformasiya Sistemlərinin satınalınması üzrə üç (3) il peşəkar təcrübə;

  • İnformasiya Sistemlərinin satınalınması üzrə Dünya Bankının və ya digər beynəlxalq təşkilat və agentliklərin proseduraları ilə tanışlıq;

  •  Azərbaycan və İngilis dillərində səlis yazı, şifahi ünsiyyət, anlama və əməkdaşlıq bacarıqları.

Tələb olunan sənədlər:

  Tərcümeyi-hal (CV)

  Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz.

Son təqdim edilmə tarixi:   2 mart 2011-ci il

Əlaqə üçün məlumat:

  Azərbaycan Respublikasının Təhsil Nazirliyi,

  Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu,

  Bakı şəhəri, Xətai prospekti, 49.

  Əlaqə telefonları: 496-37-59/60

  Email: smasimova@ultel.net