21.09.2015 12:11

RİSKLƏRİN İDARƏOLUNMASI ÜZRƏ TƏLİMİN TƏŞKİLİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT

 
DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ
LAYİHƏSİ (Kredit № 4595AZ)
 
RİSKLƏRİN İDARƏOLUNMASI ÜZRƏ TƏLİMİN TƏŞKİLİNƏ DAİR
 
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
 
 
Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin “Risklərin idarəolunması üzrə təlim”in maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.
 
Təlimin məqsədi:
Təlim kursu layihə risklərinin müəyyən edilməsi və idarəolunmasında cəlb olunan əməli addımları və bacarıqları tədris edəcək. Bu kurs mühüm və hələ az tətbiq olunan layihənin idarə edilməsi elementlərini göstərəcəkdir. Təlim, iştirakçılara əsas layihə risklərinin idarə olunması konsepsiyalarını və ən yaxşı təcrübələri, eləcə də layihə risklərini fəal idarə etmək üçün istifadə olunan alətləri öyrənməyə yardım edəcəkdir.
 
Təlim təchizatçısı üçün ixtisas tələbləri:
Təlim təchizatçısı layihə risklərinin idarəolunması üzrə təlimlər keçirmək potensialı olan və bu sahə üzrə uğur qazanmış və geniş təcrübəyə malik olan nüfuzlu şirkət olmalıdır. Şirkətin təlimçiləri tələb olunan təhsil ixtisas tələblərinə cavab verməli və layihə risklərinin idarəolunması üzrə ən azı 5 illik təcrübəyə malik olmalıdır. Azərbaycanda təcrübəyə və Azərbaycan və ya ingilis/rus/türk dillərini bilən heyətə malik olan şirkətə üstünlük verilir.
 
İcra müddəti: mart – iyun 2011-ci il
 
Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlimin həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2011-ci il fevralın 18-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:
  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
  • nizamnamə.
 
Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.