21.09.2015 12:11

TƏRCÜMƏ XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT

DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ
LAYİHƏSİ (Kredit № 4595AZ)
 
TƏRCÜMƏ XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİNƏ DAİR
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
 
 
Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin “Tərcümə xidmətləri”nin maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.
 
Xidmətin məqsədi:
Keyfiyyətli, dəqiq və vaxtında olan yazılı və şifahi tərcümə xidmətləri göstərməklə layihə çərçivəsində təşkilatı tədbirlərin səmərəliliyini yaxşılaşdırmağa yardım etməkdir.
 
Təchizatçı üçün ixtisas tələbləri:
Tərcümə xidmətlərinin göstərilməsi sahəsində uğur qazanmış və geniş təcrübəyə malik olan nüfuzlu şirkət olmalıdır.
Tərcüməçi heyəti ən azı 5 illik təcrübəyə malik olmalıdır.
Xarici şirkətlərlə təcrübəyə malik olan şirkətlərə üstünlük verilir.
 
İcra müddəti: fevral - dekabr 2011-ci il
 
Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan xidmətlərin həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2011-ci il fevralın 15-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:
  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
  • nizamnamə.
 
Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60