21.09.2015 12:11

ENERJİ VƏ EKOLOGİYA SEKTORLARI ÜZRƏ TƏLİM KOORDİNATORUNUN SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ

DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ
LAYİHƏSİ (Kredit № 4595AZ)
 
ENERJİ VƏ EKOLOGİYA SEKTORLARI ÜZRƏ TƏLİM KOORDİNATORUNUN SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ
 
 
Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin “Enerji və Ekologiya sektorları üzrə təlim koordinatoru”nun maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.
 
Tapşırığın məqsədi:
Təlim koordinatoru Təhsil Nazirliyində layihə çərçivəsində enerji və ekologiya sektorlarına aid təlim tədbirlərinin gündəlik icrası üçün cavabdeh olacaqdır.
 
Namizədlər üçün ixtisas tələbləri:
  • Bakalavr dərəcəsi;
  • Təlim sahəsində 3 illik müvafiq peşəkar iş təcrübəsi; 
  • Azərbaycanda enerji və ekologiya sektorlarında iş təcrübəsi üstünlük hesab edilir.
  • Beynəlxalq Maliyyə Qurumları layihələrinin icrası ilə tanışlıq üstünlük hesab edilir.
  • Azərbaycan və ingilis dillərini sərbəst bilməsi.
 
İcra müddəti: 2011-2013
 
Müsabiqə Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Fərdi Məsləhətçilərin Seçim metodu əsasında keçiriləcəkdir.
 
Namizədlər yuxarıda göstərilən tələblərə cavab verdiklərini əks etdirən tərcümeyi-halın (CV) elektron və ya çap variantını Azərbaycan və ya ingilis dillərində 2011-ci il fevralın 15-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:
 
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqə telefonları: 496-37-59, 496-37-60