21.09.2015 12:11

QİYMƏTLƏNDİRMƏ STANDARTLARININ TƏKMİLLƏŞDİRİLMƏSİ VƏ FƏNLƏR ÜZRƏ MÜƏLLİMLƏR ÜÇÜN TƏLİMATLARIN HAZIRLANMASI İLƏ BAĞLI MƏSLƏHƏTÇİLƏRİN SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ
KREDİT № 4394AZ
 
QİYMƏTLƏNDİRMƏ STANDARTLARININ TƏKMİLLƏŞDİRİLMƏSİ VƏ FƏNLƏR ÜZRƏ MÜƏLLİMLƏR ÜÇÜN TƏLİMATLARIN HAZIRLANMASI İLƏ BAĞLI MƏSLƏHƏTÇİLƏRİN SEÇİLMƏSİNƏ DAİR
MÜSABİQƏ
 
Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
 
Xidmətlərin məqsədi: Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bütün növ qiymətləndirmə tədqiqatlarına dəstək olmaq, 5-9–cu siniflər üçün fənlər üzrə kurikulumların tərkib hissəsi kimi qiymətləndirmə standartlarının təkmilləşdirilməsi, bu standartlardan müəllimlərin Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində, peşə liseylərində məktəbdaxili qiymətləndirmə  və şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları”na uyğun olaraq praktik istifadəsini asanlaşdırmaq məqsədilə müəllimlər üçün təlimatların hazırlanması, onları zəruri göstəriş və qiymətləndirmə vasitələri nümunələri ilə təmin etməkdir.
 
Təhsil Nazirliyi bu layihə çərçivəsində aşağıdakı fənlər üzrə məsləhətçiləri müsabiqədə iştirak etməyə dəvət edir:
 
1 Azərbaycan dili 12 Kimya
2 İngilis dili 13 Coğrafiya
3 Rus dili 14 Azərbaycan tarixi və ümumi tarix
4 Alman dili 15 Fizika
5 Fransız dili 16 Həyat bilgisi
6 Ərəb dili 17 İnformatika
7 Fars dili 18 Musiqi
8 Ədəbiyyat 19 Fiziki tərbiyə
9 Ədəbiyyat rus bölməsi üçün 20 Texnologiya
10 Riyaziyyat 21 Təsviri incəsənət
11 Biologiya 22 Gənclərin çağırışaqədərki hazırlığı

 

Namizədlər üçün ixtisas tələbləri:
  • Ali pedaqoji təhsili və kurikulumun hazırlanmasında və ya təhsil alanların qiymətləndirilməsində təcrübəsi;

  • Qiymətləndirmə standartlarının hazırlanması sahəsində iş təcrübəsi;

  • Azərbaycan dilini mükəmməl bilməsi;

  • Kompüterdən istifadə bacarıqları;

  • Kurikulum layihələrində iştirak edənlərə üstünlük veriləcəkdir.

 
İcra müddəti: 2011-ci il ərzində 10 ay
 
Müsabiqə Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Fərdi Məsləhətçilərin Seçim metodu əsasında keçiriləcəkdir.
 
Namizədlər yuxarıda göstərilən tələblərə cavab verdiklərini əks etdirən tərcümeyi-halın (CV) elektron və ya çap variantını Azərbaycan dilində 2011-ci il fevralın 14-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.