21.09.2015 12:11

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi görkəmli kimyaçı alim, akademik İzzət Orucovanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Gənc tədqiqatçıların kimya sahəsində ən yaxşı elmi araşdırmaları” adlı müsabiqə elan edir.

Müsabiqədə tələbə, magistr, doktorant, dissertant və gənc alimlərin iştirakı nəzərdə tutulur.
Müsabiqədə iştirak etmək istəyənlər elmi araşdırmalarını fevralın 20-dək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edə bilərlər.
Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 40, Hökumət Evi, III Qapı, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.
Əlaqə telefonu: (012) 598-51-74