21.09.2015 12:11

KOICA təqaüdü çərçivəsində Ewha Qadınlar Universitetində təhsil

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan şəxslər, dövlət institutlarında çalışan bakalavr dərəcəli şəxslər üçün Ewha Qadınlar Universitetində Beynəlxalq münasibətlər (Qadınlar və inkişaf) üzrə 16 aylıq (2011 fevral-2012 iyun) magistr proqramı elan etmişdir. Proqramda yalnız qadınlar iştirak edə bilərlər. Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır.
Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir.
Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
  • KOICA ərizə forması;
  • Ewha Beynəlxalq Elmlər Məktəbinin (Ewha GSIS) ərizə forması;
  • əsaslandırma (motivasiya) məktubu;
  • biri Beynəlxalq inkişaf proqramı sahəsində fəaliyyət göstərən müvafiq professor-müəllim tərəfindən, digəri isə namizədin hazırda çalışdığı iş yerindən olmaqla iki ədəd tövsiyə məktubu ;
  • diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • TOEFL və ya IELTS sertifikatı (əgər varsa);
  • iş haqqında arayış (əgər varsa);
  • şəxsiyyət vəsiqəsi və ya xarici pasportun surəti;
  • 3 x 4 ölçüdə iki ədəd fotoşəkil;
  •  
QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.
Məlumatları və ərizə formalarını əldə etmək üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz (Könül Məhərrəmova­ – tel: 496-33-11; daxili-248). Ewha GSIS ərizə formasını, həmçinin http://gsis.ewha.ac.kr/ekoica internet səhifəsindən əldə edə bilərsiniz.  
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 2 dekabr 2010-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova­ – tel: 496-33-11; daxili-248) təqdim etməlidirlər.