21.09.2015 12:11

Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə TİMSS və PİRLS tədqiqatlarında sahə işlərinin həyata keçirilməsi

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ
KREDİT № 4394AZ
 
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
 
Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4394AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə həyata keçirilir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə TİMSS və PİRLS tədqiqatlarında sahə işlərinin həyata keçirilməsi sahəsində məsləhətçi xidmətlərinin maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.
 
Tapşırığın məqsədi: Bu texniki tapşırıq yalnız Azərbaycan Respublikasının seçilmiş məktəblərində 4-cü sinif şagirdlərinin iştirakı ilə keçirilən beynəlxalq TİMSS və PİRLS-2011 tədqiqatlarının sahə işlərinin yerinə yetirilməsini əhatə edir.
 
Məsləhətçi şirkəti üçün ixtisas tələbləri:
  • Bu sənəddə təsvir olunan xidmətləri göstərmək üçün seçiləcək məsləhətçi şirkəti təhsil və yaxud sosial sahələrdə sorğuların keçirilməsi üzrə geniş təcrübəyə malik olmalıdır. Təhsil sahəsində təcrübəyə malik olan namizədlərə böyük üstünlük verilir.
  • Məsləhətçi şirkəti təcrübəyə, lazımi ixtisaslı heyətə və bütün sahə işlərinin Beynəlxalq Təhsil Assosiasiyasının irəli sürdüyü tələblərə (o cümlədən məlumat toplamaq və keyfiyyəti təmin etmək üçün ayrılan vaxta) riayət etməklə yerinə yetirmək üçün lazım olan digər vəsaitlərə malik olmalıdır.
     
 
İcra müddəti: 2011-ci ildə 6 ay
 
Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan tapşırığın həyata keçirilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il noyabrın 25-dək aşağıdakı ünvana təqdim etməlidirlər:
  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
  • nizamnamə.
     
 
Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək olar:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.