21.09.2015 12:11

Yaponiya Fondu Yaponiya ilə digər ölkələr arasında qarşılıqlı anlaşmanı dərinləşdirmək məqsədilə İntelektual Mübadilə Konfransları üçün Qrant Proqramını təklif edir.

Proqramda aşağıdakı qurumlar iştirak edə bilərlər:  
  • Mənfəət gətirməyən təşkilatlar (universitet, tədqiqat institutları, qeyri-hökumət təşkilatları, muzeylər və s.)
 
Aşağıdakılar Qrant Proqramına müraciət edə bilməzlər:
  • Yapon hökuməti, yerli hökumətlər, xüsusi hüquqi qurumlar, təhsil institutları da daxil olmaqla milli və ictimai təşkilatlar;
  • Xarici hökumətlər, onların səfirlikləri;
  • Yaponiya hökumətinin maliyyə töhfəsi verdiyi beynəlxalq təşkilatlar;
  • Yaponiya ilə diplomatik münasibətlərə malik olmayan ölkələrdə yerləşən təşkilatlar;
  • Fərdi şəxslər;
  • Son 3 ildə bu proqramdan vaxtaşırı faydalanan təşkilatlar.
     
 
Daha ətraflı məlumatları və ərizə formalarını www.jpf.go.jp/e/program/intel.html  internet səhifəsindən əldə etmək olar.
Sənədlər 20 noyabr 2010-cu il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Aqil Vəliyev­­-tel: 496-34-14) təqdim oluna bilər.