21.09.2015 12:11

Yaponiya Fondu 2011-2012-ci illərdə humanitar və sosial elm sahələrində Yaponiya haqqında tədqiqatlarla məşğul olan alim, tədqiqatçı və elmlər doktorları üçün aşağıdakı müddətlər üzrə təqaüd proqramlarını təklif edir:

1. Alim və tədqiqatçılar üçün
  • Uzun müddətli: 2-12 ay
  • Qısa müddətli: 21-59 gün  
  •  

2. Elmlər doktorları üçün: 4-14 ay  
Təqaüd Proqramına aşağıdakı şəxslər müraciət edə bilər:
  • Elmlər namizədi dərəcəsinə uyğun gələn elmi dərəcəyə malik, humanitar və sosial elmlər sahəsində Yaponiya ilə əlaqədar tədqiqatlar aparmış alim və tədqiqatçılar;
  • Yaşı 35-dən az olan və humanitar və sosial elmlər sahəsində Yaponiya ilə əlaqədar tədqiqatlar aparan və dissertasiyanı bitirmək üçün Yaponiyaya səfəri zəruri hesab edən tədqiqatçılar;
  • 1 aprel 2011-ci il tarixdə sözügedən Proqramda son iştirakından 3 il ötmüş şəxslər;
  • Yapon və ya ingilis dilini bilən şəxslər;  
Aşağıdakı şəxslər Təqaüd Proqramına müraciət edə bilməzlər:
  • Təbiət elmləri, mühəndislik və tibb sahəsində ixtisaslaşmış şəxslər;
  •  Yaponiya universitetlərində təhsil almaq istəyən tələbələr;
  • Təqaüd Proqramından siyasi və dini məqsədlər üçün istifadə etmək niyyətində olanlar;
  • Yapon dilini bilmə səviyyəsini gücləndirmə niyyətində olanlar;
  • Yapon ənənəvi mədəniyyəti sahəsində təlim almaq istəyənlər;
  • Bu Proqramla eyni zamanda başqa qrantlardan istifadə etmək niyyətində olanlar.
     
 
Daha ətraflı məlumatları və ərizə formalarını www.jpf.go.jp/e/program/intel.html  internet səhifəsindən əldə etmək olar.
Sənədlər 20 noyabr 2010-cu il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Aqil Vəliyev-tel: 496-34-14) təqdim oluna bilər.