21.09.2015 12:11

Ali təhsildə müsabiqəli maliyyələşdirmə sisteminin və proqramlarının tərtib edilməsi üzrə milli məsləhətçi

Tapşırığın adı: Ali təhsildə müsabiqəli maliyyələşdirmə sisteminin və proqramlarının tərtib edilməsi üzrə milli məsləhətçi
İcra olunduğu yer: Təhsil Nazirliyi
İcra müddəti: 6 ay

Tapşırıq və vəzifələr:

Məsləhətçi aşağıda göstərilən vəzifələrin yerinə yetirilməsinə kömək edəcəkdir:

  • Mövcud sənədlərin və hesabatların oxunması, habelə strategiyaya maraq göstərən əsas maraqlı tərəflərin müvafiq nümayəndələri ilə əlavə müsahibələrin keçirilməsi yolu ilə ən vacib məqsədlərin və narahatlıq doğuran məsələlərin mahiyyətinin düzgün olub-olmadığını yoxlamaq;
  • Beynəlxalq miqyasda müsabiqəli maliyyələşdirməyə dair müxtəlif yanaşmalar (xüsusilə ABŞ və ya Qərbi Avropa kimi yaxşı bərqərar olmuş müsabiqəli maliyyələşdirmə sisteminə malik olan ölkələrin təcrübəsi) haqqında əsas maraqlı tərəflər üçün təcrübi seminar, o cümlədən müzakirələr təşkil etmək, Azərbaycan şəraitinə uyğun gələ biləcək yanaşmaların növlərini tövsiyə etmək;
  • Aşağıda sadalanan sənədlərin ilkin variantlarını tərtib etmək məqsədilə əsas maraqlı tərəflərdən müsahibə götürmək:
    • Yardımçı layihələrin növləri (tədbirlərin növləri, büdcə, həcm);
    • Uyğunluq meyarları;
    • Seçim əməliyyatı və meyarları;
    • Müxtəlif maraqlı tərəflərin vəzifə və funksiyaları: daimi komissiyalar, həmkar təhlilçilər/dəyərləndiricilər, yardımçı layihə təklif edənlər, katiblik;
  • təltif ediləcək qrantların növünün və həcminin cəlbediciliyini/səmərəliliyini/texniki-iqtisadi əsaslandırmasını
  • yoxlamaq; (b) seçim əməliyyatının məqsədəuyğunluğunu yoxlamaq (mümkün təklif edən qurumlar həmin əməliyyatı ədalətli və məntiqli hesab edəcəklərmi?); (c) təlimat sənədinin ilkin variantının məqsədəuyğunluğunu yoxlamaq; və (d) təklif edənlərin yardımçı layihə təklifi yazmaq bacarıqlarını yoxlamaq (onların ehtiyaclarını ödəmək üçün təcrübi təlim seminarı təşkil etmək məqsədilə) üçün yardımçı layihələr təklif edəcəyi ehtimal olunan elmi işçilərin seçmə yolu ilə müəyyən edilən nümayəndələrindən müsahibə götürmək;
  • mümkün dəyərləndiricilərin müqavilələrinin şərt və müddətlərinin cəlbediciliyini/texniki-iqtisadi əsaslandırmasını yoxlamaq; (b) həmin dəyərləndiricilərin seçim çərçivəsində təlimata uyğun olaraq dəyərləndirmə aparmaq bacarıqlarını yoxlamaq; (c) ilkin təcrübi təlim seminarlarını planlaşdırmaq üçün mümkün dəyərləndiricilərin seçmə yolu ilə müəyyən edilən nümayəndələrindən müsahibə götürmək;
  • mümkün yarımdımçı layihə təklif edənlər; (b) dəyərləndiricilər və (c) daimi komissiya üzvləri üçün təcrübi təlim seminarları keçirmək;
  • Təcrübi seminarlardan əldə olunan təcrübəni nəzərə alaraq, əməliyyati təlimatın yekun variantını tərtib etmək.
     

 

İxtisas tələbləri:

  • Universitetdə qazanilmış yüksək və müvafiq elmi dərəcəyə malik olması;
  • Ali təhsil sahəsində azı 4 illik iş təcrübəsinə malik olması;
  • Müsabiqəli maliyyələşdirmə üsulunun tərtib edilməsi və hazırlanması (ən yaxşı halda isə, tətbiq edilməsi) sahələrində iş təcrübəsinə malik olması;
  • Müsabiqəli maliyyələşdirmənin təlimatının tərtib edilməsi sahəsində iş təcrübəsinə malik olması;
  • Yazılı və şifahi ingilis və Azərbaycan dillərini səlis bilməsi.

Tələb olunan sənədlər:

1. Ərizə

2. Tərcümeyi-hal (CV)

 

Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz.

Son təqdim edilmə tarixi: 28 oktyabr 2010-cu il

Əlaqə üçün məlumat:

Azərbaycan Respublikasının Təhsil Nazirliyi,

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu,

Bakı şəhəri, Xətai prospekti, 49.

Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.

Email: smasimova@ultel.net