21.09.2015 12:11

Azərbaycan Respublikası Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi pilot seçilmiş Suraxanı rayonunda “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi” layihəsi çərçivəsində Təhsil Nazirliyinin öhdəliklərini layihədə icra edəcək mütəxəssislərin seçilməsi ilə əlaqədar müsabiqə elan edir.

Mütəxəssislər aşağıdakı öhdəlikləri yerinə yetirəcəklər: 

  • Pilot layihənin digər tərəfdaş qurumlarla əlaqələndirilməsi;
  • Uşaqların müəssisəyə düşməsinin qarşısının alınması ilə ailələrə dəstək göstərilməsi;
  • Suraxanı rayonunda Dövlət Uşaq Müəssisələrinin Transformasiyası üzrə Baş Plana uyğun olaraq ailələrə dəstək xidmətlərinin təşkili və yaradılması;
  • Suraxanı rayonunda təhsildən kənarda qalan və sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb edilməsi;
  • Suraxanı rayonunda yerləşən müəssisələrdə yaşayan uşaqların fərdi qayğı planının işlənib hazırlanması və alternativ qayğıya cəlb edilməsi;
  • Uşaqların sosial yönümlü xidmətlərə yönəldilməsi üçün mexanizmin tətbiq edilməsi;
  • Layihə çərçivəsində bioloji və alternativ ailələrə veriləcək uşaqların vəziyyətinə dair dövri monitorinqin aparılması;
  • Pilot layihə üzrə hesabatların hazırlanması.
     
 
Vəzifəyə dair əsas tələblər və bacarıqlar : 

  • Pedaqoji-psixoloji   ali təhsil;
  • Ən azı 2 il uşaqlarla - ailələrlə iş təcrübəsi;
  • Uşaqlarla və böyüklərlə səmərəli ünsiyyət qurmaq bacarıqları;
  • Komandada işləmək bacarıqları, digərlərinin fikrinə hörmətlə yanaşmaq;
  • Uşaq inkişafı və onların ehtiyaclarını müəyyənləşdirmək sahəsində praktiki bilik və bacarıqlar;
  • Ailə psixologiyası, ailənin ehtiyaclarını müəyyənləşdirmək sahəsində praktiki bilik və bacarıqlar;
  • Dinləmək qabiliyyəti;
  • Müstəqil və komanda üzvü kimi yaxşı təşkilatçılıq bacarıqları;
  • Gərginlik şəraitində işləmək bacarığı;
  • İş prosesində yeniliklərə dair çevik olmaq;
  • İşin planlaşdırılması və işçilər arasında vəzifələrin paylanması bacarıqları;
  • Konfliktlərin həll edilməsi bacarıqları;
  • İKT bacarıqları;
  • Təhlil etmə bacarıqları;
  • İşlə bağlı Respublikanın digər rayonlarına ezam olunma imkanları.
 
Qeyd: Seçim zamanı Suraxanı rayonu sakinlərinə və ya bu rayona yaxın ərazidə   yaşayanlara üstünlük veriləcəkdir.
 
Arzu edənlər sənədlərini təqdim etmək üçün 10 gün müddətində Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə və ya kadr.dumi@gmail.com internet ünvanına CV göndərməklə müraciət edə bilərlər. Tel.: 496-34-98