21.09.2015 12:11

Qiymətləndirmə tədqiqatları üçün logistika təminatı üzrə mütəxəssis

Tapşırığın adı: Qiymətləndirmə tədqiqatları üçün logistika təminatı üzrə mütəxəssis
İcra olunduğu yer: Təhsil Nazirliyi
İcra müddəti: sentyabr 2010 – oktyabr 2013

Tapşırıq və vəzifələr:

 

  • Beynəlxalq qiymətləndirmə proqramlarının, milli qiymətləndirmələrin və mərkəzləşdirilmiş buraxılış imtahanlarının icrasının məxfiliyinin təminatına nəzarət;
  • Beynəlxalq qiymətləndirmə proqramlarında, milli qiymətləndirmələr və mərkəzləşdirilmiş buraxılış imtahanlarında istifadə olunacaq test kitabçalarının, sorğu vərəqələrinin, test rəhbəri və məktəb koordinatorları üçün təlimatların çapı üzrə işlərin təşkili;
  • Beynəlxalq qiymətləndirmə proqramlarında, milli qiymətləndirmələrdə və mərkəzləşdirilmiş buraxılış imtahanlarında istifadə olunacaq test kitabçalarının, sorğu vərəqələrinin, test rəhbəri və məktəb koordinatorları üçün  təlımatların və s. qablaşdırılmasının təşkili;
  • Beynəlxalq qiymətləndirmə proqramlarının, milli qiymətləndirmələrin və mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsi zamanı yerlərdə olan inzibatçıların ehtiyaclarının ödınilməsinnin və onların Monitorinq və qiymətləndirmə şöbəsi ilə əlaqəsinin təmin edilməsi.

İxtisas tələbləri:

  • Logistika və ya digər müvafiq ixtisaslar üzrə bakalavr təhsili;
  • Sorğu tədqiqatlarının logistikası xidmətlərinin göstərilməsi üzrə iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərini bilməsi;
  • Kompüterdən istifadə etmə bacarığı.

Tələb olunan sənədlər:

1.      Ərizə

2.      Tərcümeyi-hal (CV)  

Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz.

Son təqdim edilmə tarixi: 20 sentyabr 2010-cu il

Əlaqə üçün məlumat:

Azərbaycan Respublikasının Təhsil Nazirliyi,

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu,

Bakı şəhəri, Xətai prospekti, 49.

Əlaqələndirici şəxs: Sevil Məsimova

Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.

Email: smasimova@ultel.net