21.09.2015 12:11

Məktəblərin Səmərəli İnkişafı sahəsində məsləhətçi xidmətlərinə dair Maraqların İfadəsi üçün Dəvət

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ
KREDİT Nö 4394AZ
 
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
 
Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4394AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə həyata keçirilir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin Məktəblərin Səmərəli İnkişafı sahəsində məsləhətçi xidmətlərinin maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.

Tapşiriğin məqsədi: 11 pilot məktəbdə təlim-tədris prosesi və idarəetmənin təkmilləşdirilməsi, pedaqoji və rəhbər heyətin peşəkarlıq səviyyəsinin artırılması, yeni təlim materiallarının tərtibi və kitabxana işinin səmərələşdirilməsi, eləcə də 5-6 yaşlı uşaqların məktəbə hazırlığının və məktəbdənkənar məşğələlərin təşkili sahələrində məktəb miqyaslı mütərəqqi təcrübələri sınaqdan keçirmək, əldə olunmuş müsbət nailiyyətlərin ölkənin digər məktəblərində həyata keçirilməsi üçün təkliflər paketi hazırlamaq.

Məsləhətçi şirkəti üçün ixtisas tələbləri:
  • Məktəblərin təkmilləşdirilməsi, məktəbin idarəolunması və məktəbə rəhbərlik sahələrində əhəmiyyətli təcrübə;
  • Təhsil tədqiqatları, xüsusilə, Azərbaycan dilində metodik materialların və təlim proqramlarının tərtib edilməsi sahəsində təcrübə;
  • Avrasiya ölkələrində, o cümlədən Azərbaycanda, təhsil sahəsində nümunəvi məsləhətçi xidmətləri göstərmək üçün lazım olan təcrübə, zəruri ixtisaslı heyət və digər imkanlar;
  • Beynəlxalq donor təşkilatları və yerli hakimiyyət orqanları tərəfindən maliyyələşdirilən, xüsusilə təhsil sektoruna aid olan layihələrdə iş təcrübəsi.
 
İcra müddəti: 2010-2012 illər ərzində 24 iş ayı
 
Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan tapşırığın həyata keçirilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il, iyulun 23-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:
  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
  • nizamnamə.
 
Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.