21.09.2015 12:11

AZƏRBAYCANDA XÜSUSİ GEOTEXNİKİ XÜSUSİYYƏTLƏR ÜZRƏ TƏLİMİN TƏŞKİLİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT

DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ
LAYİHƏSİ (Kredit № 4595AZ)
 
AZƏRBAYCANDA XÜSUSİ GEOTEXNİKİ XÜSUSİYYƏTLƏR ÜZRƏ TƏLİMİN TƏŞKİLİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
 
 
Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin Azərbaycanda xüsusi geotexniki xüsusiyyətlər üzrə təlimin maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.
 
Təlimin məqsədi:
Təlimin əsas məqsədi Azərbaycanının xüsusi geotexniki xüsusiyyətlərinin səmərəli şəkildə başa düşülməsi və bunun planlaşdırma, layihələndirmə və istismar mərhələlərində nəzərə alınması məqsədilə yol sektorunun imkanlarını təmin etməkdən ibarətdir.
 
Təlim təchizatçısı üçün ixtisas tələbləri:
Təlim təchizatçısı yol sektoru üzrə təlimlər keçirmək potensialı olan və bu sahə üzrə uğur qazanmış və yol sektorunda geniş təcrübəyə malik olan nüfuzlu şirkət olmalıdır. Şirkətin təlimçiləri tələb olunan təhsil ixtisas tələblərinə cavab verməli və müvafiq sahə və təlim üzrə ən azı 5 illik təcrübəyə malik olmalıdır. Azərbaycanda təcrübəyə və Azərbaycan dilini bilən heyətə malik olan şirkətə üstünlük verilir.
 
İcra müddəti və yer: 1 ay, Bakı, Azərbaycan
 
Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlimin həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il iyulun 21-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:
  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
  • nizamnamə.
 
Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.