21.09.2015 12:11

"MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT

DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ
LAYİHƏSİ (Kredit № 4595AZ)
 
"MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT 
 
Azərbaycan Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin "Monitorinq və qiymətləndirmə" mövzusunda təlim kursunun maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.

Təlim kursunun məqsədi: Təlimin keçirilməsində əsas məqsədlər aşağıdakılardır:

  • Layihələrin idarə olunması və icrası üzrə monitorinq və qiymətləndirmənin aparılmasının vacibliyi və dəyəri barədə iştirakçıların məlumatlılığını artırmaq;
  • Real hadisələrin öyrənilməsi metodu (case study) vasitəsilə təlim iştirakçılarına müvafiq monitorinq və qiymətləndirmə üsullarının istifadəsi və tətbiqi üzrə təlim keçmək;  
  • Layihələrin icrası zamanı monitorinq və qiymətləndirməni müvəffəqiyyətlə həyata keçirmək məqsədilə təlim iştirakçılarında müvafiq bilik və bacarıqlar formalaşdırmaq.
 
Təlim təchizatçısı üçün ixtisas tələbləri: Təlim təchizatçısı monitorinq və qiymətləndirmə üzrə xidmətlərin təşkili, xüsusən də keçid dövrünü yaşayan ölkələrdə müvafiq sahədə təlimlərin aparılması üzrə geniş təcrübə və bacarıqlara malik olan nüfuzlu şirkət olmalıdır. Təlimçilər müvafiq sahə və təlimlər üzrə təhsilə və ən azı 5 illik təcrübəyə malik olmalıdır. Azərbaycanda təcrübəyə və Azərbaycan dilində yazmağı və danışmağı bacaran heyətə malik olan şirkətə üstünlük verilir.

İcra müddəti və yer: 3-4 ay, Bakı, Azərbaycan

Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlim kursunun həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il iyulun 5-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:
  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
  • nizamnamə.
 
Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.