21.09.2015 12:11

YUNESKO tərəfindən dünyada təhsil təcrübələrini inkişaf etdirməyə yönəlmiş və təhsilin keyfiyyətinin artırılmasına töhfə verən dövlət və qeyri-hökumət təşkilatları üçün Hamdan Bin Raşid Al-Makhtoum Mükafatı elan edilib.

Qeyd: Fiziki şəxslər elan edilmiş mükafat üçün namizədliklərini təqdim edə bilməzlər.

2010-cu ilin aprel ayında Dubayda keçiriləcək təntənəli mərasim zamanı təqdim edilməsi nəzərdə tutulan mükafat hər qalib üçün 90.000 ABŞ dolları məbləğində maliyyə vəsaitindən, şəhadətnamə və şərəf kubokundan ibarət olacaqdır. Mükafat barədə ətraflı məlumatları aşağıdakı internet ünvanından əldə etmək mümkündür: http://http://www.unesco.org/en/education/upcoming-events/prizes-in-education
Namizədlər ərizə formaları üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Azad Axundov) müraciət edə bilərlər. Elan edilmiş mükafatı almaq arzusunda olan namizədlər müvafiq qaydada doldurulmuş ərizə formalarını cari ilin 25 avqust tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.