21.09.2015 12:11

Türkiyə Respublikasının ali məktəblərinə dövlət xətti ilə qəbul olunan tələbələrin diqqətinə

2010/2011-ci tədris ili üçün Türkiyənin Azərbaycana ayırdığı təqaüdlər çərçivəsində bu ölkənin ali məktəblərində dövlət xətti ilə təhsil almaq hüququnu qazanmış Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə çatdırılır ki, onlar 09.06.2010-17.06.2010-cu il tarixləri arasında saat 10:00-dan 13:00-dək Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq qeydiyyatdan keçmək məqsədilə nazirliyin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoruna (Əli-Paşa Zeynalov   496-34-77-şəhər, 114-daxili) müraciət etməlidirlər.