21.09.2015 12:11

Yeni tədris materiallarının hazırlanması və məktəb kitabxanalarının müasirləşdirilməsi alt-komponentinin icrası üzrə köməkçi

Tapşırığın adı: Yeni tədris materiallarının hazırlanması və məktəb kitabxanalarının müasirləşdirilməsi alt-komponentinin icrası üzrə köməkçi
İcra olunduğu yer: Təhsil Nazirliyi
İcra müddəti: 12 ay
Tapşırıq və vəzifələr:
Məsləhətçi aşağıdakı əsas tapşırıq və vəzifələri yerinə yetirəcəkdir:
 
  • 500 məktəb kitabxanasından daxil olacaq Kataloqa dair Sorğu vərəqlərinin toplanması, məlumatların kompyuter bazasına daxil edilməsi, araşdırılması, bunların əsasında məktəblərin tələbatının öyrənilməsində iştirak; Bu məqsədilə yaradılacaq komissiyanın işinə əməli köməklik göstərmək;
  • 500 məktəbdən daxil olan məlumatların əsasında məktəblərin tələbatının müəyyənləşdirilməsi; çap edilməsi nəzərdə tutulan təlim və oxu materiallarının hər bir məktəbin şagird kontingentinə uyğun olaraq tirajının müəyyənləşdirilməsi;
  • Oxu və təlim materiallarının sifarişi və çapı ilə əlaqədar keçiriləcək tender prosedurlarında iştirak; hazır materialların məktəb kitabxanaları üzrə bölgüsünün tərtib edilməsi və məktəblərə çatdırılması  işlərinə köməklik göstərilməsi.
İxtisas tələbləri:
  • Ali təhsil;
  • Məktəb kitabxanaları üçün lazımi materialların seçilməsində müvafiq təcrübəyə malik olmaq;
  • Satınalma prosedurlarının həyata keçirilməsində təcrübəyə malik olmaq;
  • Beynəlxalq təşkilatlarla iş təcrübəsi;
  • Dil səviyyəsi (Azərbaycan və ingilis dilləri);
  • Kompyuterdən istifadə etmə bacarığı.
Tələb olunan sənədlər:
Ərizə
Tərcümeyi-hal (CV)  
Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz.
Son təqdim edilmə tarixi: 10 iyun 2010-cu il
Əlaqə üçün məlumat:
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu,
Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Sevil Məsimova
Əlaqə telefonları: 496-37-59, 496-37-60;
faks: 496-93-68.