01.04.2020 17:15

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ümumi təhsil müəssisələrinin birinci sinfinə və məktəbəhazırlıq qrupuna qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi ilə əlaqədar müraciət edən  vətəndaşlara  məlumatların  operativ və avtomatlaşdırılmış formada çatdırılması üçün SMS vasitəsilə məlumatlandırma xidmətinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Maraqlanan təşkilatlar (012) 599-12-22 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 6 aprel 2020-ci il saat 17:00-dək təqdim olunmalıdır.

Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17