30.03.2020 17:00

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində mühafizə xidmətinin satın alınmasına dair elektron satınalma vasitəsilə açıq tender üsulu ilə keçirilmiş satınalma prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

Açıq tenderin nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən,  “Alov Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 saylı filialı qalib elan edilib və həmin təşkilat ilə 30 mart 2020-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.