04.12.2019 17:49

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 sentyabr 2019-cu il tarixində elan etdiyi dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsili üzrə təlimlərin satın alınmasına dair keçirilən təkliflər sorğusunun nəticələri aşağıdakı kimi olub:

Riyaziyyat fənnini tədris edən müəllimlər üçün ixtisasartırma təlimləri üzrə “Psixologiya Elmi-Tədqiqat İnstitutu” MMC qalib olmuş və onunla 29 noyabr 2019-cu il tarixində satınalma müqaviləsi imzalanıb.

Humanitar fənləri tədris edən müəllimlər üçün məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə ixtisasartırma təlimləri üzrə “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC qalib olmuş və onunla 26 noyabr 2019-cu il tarixində satınalma müqaviləsi imzalanıb.

İbtidai təhsil səviyyəsində tədris aparan müəllimlər üçün ixtisasartırma təlimləri üzrə   “Odlar Yurdu” Universiteti qalib olub və onunla 25 noyabr 2019-cu il tarixində satınalma müqaviləsi imzalanıb.

İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu, ehtiyat dərsliklərin tətbiqi və metodikası üzrə ixtisasartırma təlimi üzrə “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC qalib olub və onunla 26 noyabr 2019-cu il tarixində satınalma müqaviləsi imzalanıb.

 

Tender komissiyası