14.11.2019 16:45

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən müəssisələrdə mövcud olan əsas vəsaitlərə, elektrotexniki avadanlıqlara texniki baxışın keçirilməsi və yararlı olub-olmaması barədə müvafiq rəyin verilməsi xidmətlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Maraqlanan təşkilatlar (012) 599-12-22 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 18 noyabr 2019-cu il saat 17.00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17