21.09.2015 12:11

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universitetində Təlim mərkəzinin təmiri üzrə tender elan edir.

1. Azərbaycan Respublikası Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) həyata keçirilməsi üçün Beynəlxalq İnkişaf Assosiasiyasından (BİA) kredit alınıb və bu vəsaitin bir hissəsinin 4595AZ-NCB-022 nömrəli müqavilə çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində Təlim Mərkəzinin təmirinə sərf edilməsi nəzərdə tutulub.
 
2. Borcalan tərəfindən DİKPGL-nin icraçısı təyin edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Tenderdə İştirak üçün Dəvət (TİD) əsasında Azərbaycan Memarlıq və İnşaat Universitetində Təlim Mərkəzinin təmiri üzrə möhürlənmiş bağlı zərfdə tender təklifləri qəbul edir.
Ən aşağı dəyərləndirilmiş qiymət təklifini təqdim etmiş şirkət müqavilə ilə təltif ediləcəkdir.  
 
3. Tender sənədləri toplusu Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1008, Xətai prospekti, 49 ünvanında yerləşən Təhsil Nazirliyinin Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupundan (LƏQ) 100 manat məbləğində geri qaytarılmayan vəsaitin ödənilməsindən sonra əldə oluna bilər. Bu məbləğ LƏQ-in (LƏQ-in VÖEN-i 1500489231) Bakı şəhəri, AZ1005, Nizami küçəsi, 67 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankının Bakı filialındakı (Bankın VÖEN-i 9900001881) 33308049449330114120, M/h 0137010002944, KOD: 805045, SWIFT KOD: IBAZAZ2X nömrəli hesabına ödənilməli və müvafiq bank sənədi LƏQ-ə təqdim olunmalıdır. Bu tenderdə iştirak etmək marağında olan şirkətlər əlavə məlumat almaq üçün LƏQ-in Təmir işləri və Ətraf mühitin mühafizəsi üzrə mütəxəssisi Füzuli Qurbanova müraciət edə bilərlər.
 
4. Tender təkliflərinin qüvvədə olma müddəti 90 gündür.
 
5.Tender təklifinə təminat verən Bəyannamə daxil olmaqla, Tender təklifləri Tender Təklifinin təminatı daxil olmaqla, Tender təklifləri 03 iyun 2010-cu il tarixdə yerli vaxtla saat 16.00-dan gec olmayaraq Bakı, şəhəri, Xətai prospekti, 49 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupuna təqdim edilməlidir. Tender təkliflərinin zərfləri İddiaçıların nümayəndələrinin iştirakı ilə müvafiq qaydalara uyğun olaraq,  03 iyun 2010-cu il tarixdə yerli vaxtla saat 16.10-da Bakı, şəhəri, Xətai prospekti, 49 ünvanında yerləşən Təhsil Nazirliyi binasının zalında (4-cü mərtəbə) açılacaqdır.
 
6. Gecikmiş tender təklifləri rədd ediləcək və açılmadan geri qaytarılacaqdır.
 
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupu
Bakı şəhəri, Xətai prospekti, 49
Telefon: + 994 (12) 4963759, 4963760
Faks: + 994 (12) 4969368