22.10.2019 15:00

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Təhsil Nazirliyinin aparatı üçün İKT avadanlıqlarının və müxtəlif kartriclərin satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən,  “Kifayət 1961” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 10 oktyabr 2019-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.