21.09.2015 12:11

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qrurumları-sektorunda çalışan şəxslər, eləcə də dövlət institutlarında tədqiqat işi ilə məşğul olan ali təhsilli tədqiqatçılar üçün SungKyunnKvan Universitetində Qlobal Elektron Siyasət və Elektron Hökumət üzrə təqaüdlü magistr proqramı elan edir.

2010-cu ilin avqust-2011-ci ilin iyul aylarını əhatə edən 12 aylıq təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər:
 
·                   dövlət sektorunda çalışmalı və ya hər hansı dövlət institutunda tədqiqatla məşğul olmalı;
·                   ali təhsilli olmalı;
·                   ingilis dilini yüksək səviyyədə bilməli;
·                   35 yaşdan aşağı olmalı;
·                   əqli və fiziki cəhətdən tam sağlam olmalı;
·                   bu vaxta qədər Koreya hökumətinin təqaüd proqramlarında iştirak etməmiş olmalıdır.
 
İki mərhələli seçim prosesində namizədlərin sənədlərinə baxılacaq və müvafiq namizədlərlə müsahibə aparılacaqdır.
 
Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
 
·                   KOICA ərizə forması;
·                   müvafiq ali təhsil müəssisəsinin ərizə forması;
·                   CV;
·                   Tərcümeyi-hal;
·                   Esse (məqalə)- məqalədə hazırda işlədiyini vəzifə, vəzifə səlahiyyətləriniz, iş təcrübəniz, elektron siyasət və elektron hökumət haqqında yazacağınız magistr dissertasiyasının ilkin adı, bu sahədə ölkənizdə mövcud olan problemlər, bu problemlərin necə aradan qaldırıla biləcəyi, tədqiqat işinizin və nəticələrin nədən ibarət olacağı, bu sahədə praktik və nəzəri göstəricilər, konkret tədbirlər planı və s. təsvir edilməlidir.
·                   diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surətləri;
·                   dil biliklərini təsdiq edən sertifikat (əgər varsa-TOEFL, IELTS və s.);
·                   əmək kitabçasının surəti (olduğu təqdirdə);;
·                   3 x 4 ölçüdə iki ədəd fotoşəkil;
·                   pasportun surəti;
 
QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.
 
Təqaüd proqramı haqqında ətraflı məlumat və ərizə formalarını http://www.gsg.skku.edu/en  internet səhifəsindən əldə edə bilərsiniz.
 
Proqramda iştirak etmək arzusunda olan namizədlər müvafiq sənədləri cari ilin 18 may tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova; tel: 496-33-11; dax-248) təqdim etməlidirlər.